Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada “Tokio-2020” ərəfəsində immiqrasiya xidməti əməkdaşlarının sayı artırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Yaponiyada “Tokio-2020” ərəfəsində immiqrasiya xidməti əməkdaşlarının sayı artırılacaq

Yaponiyada “Tokio-2020” ərəfəsində immiqrasiya xidməti əməkdaşlarının sayı artırılacaq


Yaponiyanın Ədliyyə Nazirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ərəfəsində İmmiqrasiya Xidməti əməkdaşlarının sayını artırmağı planlaşdırır.

NHK telekanalı xəbər verir ki, Yaponiya hökuməti 2020-ci ildə ölkəyə gələn əcnəbi turistlərin sayını 40 milyona çatdırmağı vəzifə kimi qarşıya qoyub.

Turistlərin sayının artması ilə əlaqədar nazirlik İmmiqrasiya Xidməti əməkdaşlarının sayını artırmağı planlaşdırır. Söhbət, ümumilikdə İmmiqrasiya Bürosunun müasirləşdirilməsindən gedir.

Nazirlik, eyni zamanda, aeroportlarda sifətin tanınması sisteminin tətbiqi ilə əlaqədar sorğu verməyi də nəzərdə tutur. Bu, sənədlərin yoxlanmasını sürətləndirə bilər. Belə sistemlər artıq Tokionun “Narita” və “Haneda” beynəlxalq aeroportlarında tətbiq olunur.

Geri dön