Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib

Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib


BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləyib.

Baş katibin mətbuat ofisinin məlumatında Antonio Quterreşin həlak olanların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanır ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.

Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin öz “Twitter” səhifəsində yaydığı məlumata görə, Saada şəhərinə aviazərbə nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.

Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.

Geri dön