Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub

Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub


Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri tərəfindən saxlanılıb.


“Sepah”ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.

GünAz TV-yə verilən məlumata görə, saxlanılan fəallardan yalnız bir neçəsinin kimliyi müəyyən edilib:
- Cavad Şokri (Duman)
- Məhəmməd və Rəsul Qövmzadə
- 9 yaşlı Elman və bacısı Aysuda
- Əhməd Nəsiri və iki azyaşlı qızı
- Aydın Zakiri
- Tohid Əmir Əmini
- Saleh Piçqanlu
- Rza İbrahimi
- Mustafa Pərvin
- Muctaba Pərvin
- Rəhim Noruzi
- Yusif Kari
- Mehdi Dustdar
- Əli Beyrami
- Babək Nikzad
- Yunis Quluzadə
- Hüseyn Rəxşani
- Mehdi Huşmənd

Hələlik fəalların hansı şəraitdə tutulduğu və saxlanma səbəbləri barədə heç bir xəbər yoxdur, bu haqda əlavə məlumat diqqətinizə çatdırılacaq.

Geri dön