Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Lester Siti”ni ilk turda məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Lester Siti”ni ilk turda məğlub edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Lester Siti”ni ilk turda məğlub edib


İngiltərə Premyer Liqasının birinci turuna “Mançester Yunayted” “Lester Siti” oyunu ilə start verilib.

“Old Starford" stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin start heyətində David De Xeya, Matio Darmian, Erik Beyli, Luka Şov, Viktor Lindelöf, Fred, Andreas Pereyra, Pol Pogba, Xuan Mata, Markus Recford və Aleksis Sancez yer alıblar.

"Lester Siti"nın ilk onbirliyində isə meydana Kasper Şmexel, Ves Morqan, Qari Maquayer, Ben Ciluel, Daniel Amarti, Andrien Silva, Ulfred Ndidi, Rikardo Pereyra, Ceyms Madison, Demerey Qrey və Keleci İxeanaco çıxıb.

Oyunda ilk dəqiqələrdə irəli atılan Joze Mourinyonun yetirmələri hesabı üçüncü dəqiqədə açıblar. Aleksis Sancezin cərimə meydançasında vurduğu zərbə "Lester Siti"nin müdafiəçisinin əlinə dəyib. Qarşılaşmanın baş hakimi Andre Marinerin "Lester Siti"nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Pol Pogba şansını əldən verməyib - 1:0. Birinci hissənin qalan dəqiqələrində hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Birinci hissə 1:0 hesabı ilə "Mançester Yunayted" klubun üstünlüyü ilə başa çatıb.

Matçın ikinci hissəsinin sonunda 82-ci dəqiqəsində "Mançester Siti" hesab arasındakı fərqi artırıb. Xuan Matanın ötürməsindən sonra Luka Şov fərqlənib - 2:0. Matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə "Lester Siti" hesabı minimuma endirib. Ceyms Vardi adını tabloya yazdırıb - 2:1 Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, "Mançester Yunayted" klubu ilk turda 2:1 hesabı ilə qələbə qazanıb.

Bu komandalar bu günə kimi 126 dəfə qarşılaşıblar. Onların 63 oyununda “qırmızı şeytanlar” üstün olub. Otuz üç oyunda isə “Lester Siti” qalib gəlib. İyirmi doqquz oyunda tərəflər heç-heçə ilə kifayətlənib.

İyirmi dəfə İngiltərə Premyer Liqasının qalibi olan “Mançester Yunayted” bu göstərici ilə birincidir. Klubun “Lester Siti”nin üzərində ən böyük hesablı qələbəsi 1980-ci ilə təsadüf edir. Həmin görüşdə Mançester təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.

1884-cü ildə yaranan “Lester Siti” klubunun ən yaxşı nailiyyəti 2015/2016-cı il mövsümündə Premyer Liqanın qalibi olması olub. Klubun ən çox qol vuran oyunçusu hazırda komandanın heyətində çıxış edən Ceyms Vardidi (24 qol).

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 1-ci turuna avqustun 11-də və 12-də “Nyukasl”-“Tottenxem”, “Bormunt”-“Kardiff”, “Fulxem”-“Kristal Palas”,

“Haddesfild”-“Çelsi”, “Votford”-“Brayton”, “Vulverxempton”-“Everton”, “Liverpul”-“Vest-Xem”,

“Samupqenton”-“Börnli” və "Mançester Siti"-"Arsenal" oyunları ilə yekun vurulacaq.

Geri dön