Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Savalan dağında saxlanılan fəallar Lari (Lahrud) şəhərinin təcridxanasına aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Savalan dağında saxlanılan fəallar Lari (Lahrud) şəhərinin təcridxanasına aparılıb

Savalan dağında saxlanılan fəallar Lari (Lahrud) şəhərinin təcridxanasına aparılıb


Xəbər verdiyimiz kimi, avqustun 9-da Savalan dağına çıxmaq istəyən onlarla azərbaycanlı fəal dağın ətəyindəki düşərgədə (pənahqah) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəallar qeyd olunan məkana toplaşaraq mərasim keçiriblər. Mərasimdə şeir oxunub, çıxış edilib və gənc musiqiçi Aysuda Məhəmmədpurun ifasında aşıq mahnıları səsləndirilib.

Məlumata görə, mərasim başa çatdıqdan sonra avqustun 10-u yerli vaxtla saat 3:30-da polis əməkdaşları bir çox mülki geyimli məmurla birlikdə milli-mədəni fəalların toplaşdığı məkana hücum çəkərək onları yaxalayıb.

Fəalların yaxalanarkən polis əməkdaşları tərəfindən döyüldüyü bildirilir. Hadisənin şahidləri hücum nəticəsində bir neçə fəalın yaralandığını ehtimal edir.

Saxlanılan fəallardan biri ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Meşginşəhr yaxınlığında yerləşən Lari (Lahrud) şəhərinin təcridxanasına aparıldıqlarını bildirib.

Bəzi mənbələr təxminən 40 fəalın saxlandığını bildirir, lakin onlardan hələlik bir neçəsinin kimliyi müəyyən edilib:
- Aydın Zakiri
- Tohid Əmir Əmini
- Saleh Piçqanlu
- Rza İbrahimi
- Rəhim Noruzi
- Muctaba Pərvin
- Mustafa Pərvin
- Yusif Kari
- Mehdi Huşmənd
- Babək Nikzad
- Yunis Şokri
- Cavad Şokri
- Hüseyn Savalan
- Məhəmməd Qohumzadə
- Rəsul Qohumzadə
- Əhməd Məhəmmədpur
- Elman Məhəmmədpur
- Aysuda Məhəmmədpur
- Əhməd Məhəmmədpurun baldızı
Və...

Saxlanılan fəalların vəziyyəti haqda geniş məlumat yoxdur.

Geri dön