Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb

Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb


Cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüşdə Azərbaycan komandasının tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalıb.

Məlumata görə, oyun başlamadan əvvəl onlarla “Traxtur” tərəfdarı döyülərək müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alan soydaşlarımızdan birinin bir neçə dişi qırılıb və dodağı partlayıb.

Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb

Bir soydaşımız isə üz nahiyyəsindən xəsarət alıb. Yaralının vəziyyəti haqda danışan bir azərbaycanlı ruhani bütün bu təzyiqlərin Azərbaycan və türk kimliyi ilə bağlı olduğunu deyib.

Yayılan videolarda “Traxtur” tərəfdarlarına hücum edən polis əməkdaşlarının onlara qarşı aşağılayıcı və təhqiramiz ifadələr işlətdiyi görünür.

Geri dön