Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb

Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb


Çexiya ordusu Əfqanıstanda intiharçının törətdiyi terror aktının təşkilatçılarını tapmaq niyyətindədir.

Terror aktı nəticəsində Baqram hərbi bazası yaxınlığında patrul xidmətində olan Çexiyanın üç hərbi qulluqçusu həlak olub, iki əfqan və bir amerikalı ağır yaralanıb.

Çexiyanın NATO üzrə tərəfdaşları da axtarışlara qoşulacaq. Bu barədə jurnalistlərə məlumat verən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleş Opata deyib ki, ordu bu məqsəd üçün ilk növbədə artıq Əfqanıstanda xidmətdə olan əsgərlərdən istifadə etmək istəyir. Hazırda Çexiya hərbçilərindən heç biri Əfqanıstandan vətənə vaxtından əvvəl dönmək istədiyini bildirməyib.

A.Opata bildirib ki, axtarışlar həm analitiklərdən, həm də kəşfiyyat xidmətləri tərəfindən böyük səylər tələb edəcək.



Pərvanə Qarayeva

Geri dön