Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə futbol azarkeşlərinə matçlara stadionda baxmağa icazə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Misirdə futbol azarkeşlərinə matçlara stadionda baxmağa icazə verilib

Misirdə futbol azarkeşlərinə matçlara stadionda baxmağa icazə verilib


Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

Bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib. Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə də razılaşdırılıb.

İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq. Ə.Sobhi azarkeşlərin stadionlara buraxılmasını dəstəklədikləri üçün Müdafiə və Daxili İşlər nazirliklərinə təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunub. Həmin vaxt ev sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən matç zamanı tribunalarda baş vermiş kütləvi dava və basabas nəticəsində 70 azarkeş həlak olmuşdu.

Asya Hacızadə

Geri dön