Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb


Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb, bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur.

Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ölkənin iqtisadiyyatına ikinci ən çox investisiya yatıran ölkə Niderland (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.



Xətayi Əzizov

Geri dön