Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu İraq ərazisində məhv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu İraq ərazisində məhv edib

Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu İraq ərazisində məhv edib


Türkiyə silahlı qüvvələrinin İraqın şimal-qərbində yerləşən Sincar bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı PKK/KCK terror təşkilatının təhlükəli simalarından sayılan İsmail Özdən məhv edilib.

Rəsmi informasiya mənbələri xəbər verir ki, “Mam Zeki Şengali” ləqəbli bu terrorçu Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olub.

Sincar bölgəsində təşkil olunan xüsusi əməliyyata PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakayanın adı verilib.



Sabir Şahtaxtı

Geri dön