Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ŞAH ABBAS
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > ŞAH ABBAS

ŞAH ABBAS



(3 hissəli tarixi, bioqrafik, milli-fəlsəfi, ideoloji hekayə)

*BİRİNCİ HİSSƏ*

Hekayənin fon musiqisi: (təsvir edilənlərin daha təsirli və dolğun olması üçün məsləhətdir ki, hekayəni bu musiqinin sədaları altında oxuyasınız) https://www.youtube.com/watch?v=DY6Q7a8kNiA

1622-ci ilin qışı... Soyuq və dondurucu hava şəraiti onsuz da Hörmüz limanında işləyən əcnəbi portuqal işçilər üçün dözülməz idi. Aldıqları müəyyən məvacib və qalmağa yer xaricində buranı zamanında (haradasa yüz il əvvəl) hiylə yolu ilə işğal edən ağalarından əlavə heç bir qayğı, hörmət gömürdülər. Elə ancaq səhərdən axşamacan “eşşək kimi” işlədilib gün sonunda qəpik-quruş alıb qətiyyən təmizliyinə və gigiyenik qaydalara riayət edilməyən daxmalarda ən ucuz şərab və köhnəlmiş ət parçaları ilə qidalanıb buz kimi soyuq, daş kimi sərt yataqlarda yatmağa məcbur edilirdilər.

Onların bəziləri heç milliyətcə portuqal da deyildi. Qonşu ölkələrdən ağır yoluxucu xəstəlik və müharibə təhlükəsi üzündən gələn qaçqınlar idilər ki, hansı ki, pənah apardıqları ölkədə də adam yerinə qoyulmadan məcburi əmək yarmarkalarına, düşərgələrə aparılıb sonra bir neçə qızıl müqavilində Portuqaliyanın Şərq Konsulluğuna satılırdılar.

Eyni zamanda İspaniya və İngiltərə ilə müharibə şəraitində olmaq isə kral, varlı zadəganlar və cəngavərlərdən daha çox elə bu kasıb, fəqir əhalini, qaçqın və evsizləri dözülməz bir əzaba düçar etmişdi. Amma deyəsən uzun müddət dərddən ah-vah edən, zalım müharibələrdə övladını, ərini itirən, ağlamaqdan gözləri kor olmuş, qırışmış üzü yara bağlamış kasıb, çarəsiz portuqal anaların, yoldaşını illərlə gözləyən və övladını atasız böyütməyə məcbur olan yaşca gənc, ancaq dərd-sərdən ən az on yaş qocalmış qadınların Uca Yaradana – Ulu Tanrıya aramsız yalvarışlarının bir nəticəsi olacaqdı. Elə bir gün gələcəkdi ki, dolanmaq, ailəsinə çörəkpulu qazanmaq və ümumiyyətlə öz şəxsi həyatını səfalətdən xilas etmək üçün evlərindən didərgin düşmüş, yüz kilometrlərlə uzaqda – qədim Oğuz elində - Kəngər körfəzi (bu günkü “İran körfəzi”) sahillərində - Hörmüz limanında acınacaqlı şəraitdə işləməyə vadar edilən bu fəqirlər xilas olacaq, ağalarının illərlə onların zəhməti və qanı bahasına yığdığı pulların müəyyən bir qismi onlar arasında bölüşdürüləcək və özləri də sakit və ehtiyatlı bir şəkildə vətənlərinə dönə biləcəkdilər. Bəli. O gün heç də uzaqda deyildi...

Aylar öncə... İsfahan. Ulu Türk Xanədanı Səfəvilərin üçüncü paytaxtı. Şah sarayı... Dövrün qüdrətli hökmdarı, igid Türk sərkərdəsi Şah Abbas Səfəvi taxtında oturmuş, onun xüsusi tapşırığı ilə yerə - ayaqlarının altına xidmətçilərinin sərdiyi, özəl naxışlarla toxunmuş (sarayın və məmləkətin ən böyük xalı, xalça ustaları tərəfindən) xəritə mahiyyəti daşıyan xalıya baxırdı. Xəritə - xalıda ən son əldə edilən torpaqlar və bu vaxta qədərki döyüşlər təsvir olunmuşdu. Xəritənin başında böyük hərflərlə, xüsusi ustalıqla, qızılı naxışlarla “ALƏMİ BƏZƏYƏN CAHAN HÖKMDARI, ŞAHLAR ŞAHI, QÜDRƏTLİ SƏFƏVİ XANƏDANI TƏMSİLÇİSİ VƏ İGİD TÜRK ƏRİ, BÖYÜK XAQAN ŞAH ABBAS SƏFƏVİ” və onun bu zamana qədər əldə etdiyi tarixi nailiyyətlərin qısa açıqlaması yazılmışdı. Böyük Türk xalıya baxdıqca müxtəlif hislər keçirirdi. Həm xalını yüksək ustalıqla işləyən sənətkarların istedadına, həm də Səfəvilərin timsalında böyük bir millətin şanlı tarixini, keçmişini, qüdrətini xatırladıqca heyrətlənir, sevinir, gah da kədərlənirdi. İlk olaraq yadına taxta çıxdığı vaxtlar düşdü...

Hələ 1578-ci ildə atası Məhəmməd Xudabəndə “Şah” seçilən zaman Abbas Mirzə (şahzadə) Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu Xan Şamlını Xanlar Xanı seçərək Abbas Mirzəni “Şah” elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu Xan Ustaclı ilə döyüşdə Əliqulu Xan məğlub edildi, Abbas Mirzə isə Mürşidqulu Xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktyabrında Qəzvinin Cəhəlsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi (bu ta yüz illərdən bəri davam edən aramsız hakimiyyət və taxt savaşlarından biri idi və “Xanədan Qoruqçularının” (Təriqətin, Dövlətin və Böyük Soyun gerçək sahibləri) xüsusi əmrinə, taxt-hakimiyyət savaşçılarının inancına görə bir-biriylə savaşan ailə və soylar qabaqcadan müəyyən olunmuş Mürşidin (Şahın) irsi hakimiyyətini qəbul edirdilər, sadəcə olaraq, onun taxta çıxmasından sonrakı siyasi mərhələni (daha doğrusu, hansı ailənin şaha və saraya daha yaxın olmasını) müəyyən etmək üçün (bu əksər hallarda qeyri-qanuni hesab olunurdu və daha çox şəxsi mənafe səciyyəsi daşıyırdı) bir sıra qarşıdurmalara vadar olurdular) ...

1588... Gənc hökmdar Şah Abbas Səfəvi öz lələsi və bir neçə köməkçiləri, vəzir-vəkili ilə birlikdə saraydaxili bir toplantı keçirirdi. (Bəzi dırnaqarası tarixçilərin qeyri səmimi və dolğun faktlara əsaslanmayan tərzdə yazdıqlarından fərqli olaraq, gerçəkdə Şah Abbas Səfəvi hakimiyyətdə olduğu müddətdə heç bir farsın və qeyri Türkün sarayda, dövlət idarəetməsində söz sahibi olmasına, nüfuz qazanmasına və güclənməsinə əsla izn verməmişdir. Sadəcə olaraq, hakimiyyətinin ilk illərində yaşının, təcrübəsinin azlığından istifadə edən bəzi saray müxalifəti sırf hakimiyyətə təsir etmək və onun vasitəsilə varlanmaq istəyinə əsasən, xarici havadarlarının (onları dəstəkləyən bəzi Avropa kralları və cəsus orqanları) köməyinə də arxalanaraq imperiya ərazisində pərakəndə şəraitdə və azlıqda yaşayan qeyri Türk xalqlarının nümayəndələrinin (başda farslar olmaqla) ara-sıra güclənməsinə, nüfuz qazanmasına və orduda iştirakına cəhd göstərmişlər. Şahın xüsusi bacarıqla və tarixi şəraitdən istifadə edərək ölkənin, eləcə də sarayın əvvəlki qüdrətini bərpa etməsindən sonra isə bütün bu cəhdlərin qarşısı alınmış, dövlətə, vətənə, millətə sırf şəxsi mənafeyi üzündən xəyanət edənlər bir-bir müəyyən olunmuş və ən ağır cəza – ölümə məhkum edilmişdir.) Yaşının və siyasi təcrübəsinin az olmasına baxmayaraq, gənc Şah xüsusi amiranə görünüşü, şux, əsilzadələrə məxsus duruşu, qətiyyətli və sərt baxışları ilə bütün əyanları sanki ovsunlamışdı. Nisbətən seyrək olsa da, ulu babası Şah Xətai (İsmayıl Səfəvi) kimi yanlara doğru buraxdığı bığları və üzünün təmiz qırxılmış vəziyyəti, ala gözlərinin qürurlu baxışları, dodaqlarının ciddi və mütənasib quruluşu, əlinin birinin belindəki misri qılıncda, digərininsə taxtının küncündə duruşu ona olduqca möhtəşəm bir görünüş və əsl soylu nəsildən olan hökmdarlara xas görkəm qazandırırdı. Hələ tam qalınlaşmamış, ancaq hər tonunda ali bir şəxsiyyət, yüksək natiqlik hiss olunan səsi isə hər kəsi onun qətiyyətli fikirlərinə, dərin dünyagörüşünü bildirən siyasi arzularına və bütün əmrlərinə sözsüz tabe olmaq barədə sanki bir nişanə idi. Budur. Qısa bir sükutdan sonra gənc hökmdar Şah Abbas Səfəvi sözə başladı:

- Bilin və agah olun! Ölkəmizdə bu vaxta qədər mövcud olmuş və hazırda təcili sürətdə həllini gözləyən bir çox daxili və xarici problemlərdən xəbərdaram. Taxta çıxan kimi bacardığım qədər bu barədə məlumatlar əldə etmiş, qısa müddətdə dövlətimizin və millətimizin düçar olduğu milli, siyasi bəlaların, müşkül məsələlərin və bütün problemlərin həlli üçün bir sıra planlar hazırlamışam. Əlbəttə ki, bundan sonrakı hakimiyyətimdə və sadaladığım məsəllərin həllində uca soyuma, böyük xanədanıma və əcdadlarımın ruhuna sadiq qalaraq əsl milli düşüncəli xas bir Türk hökmdarı kimi hərəkət edəcəyəm. Xaqan babam Şah İsmayıl Səfəvi, onun oğlu Şah Təhmasib və atam Şah Məhəmməd Xudabəndənin həyatını, siyasi, milli fəaliyyətini, xüsusilə dövlətçilik və millətçilik maraqlarını nəzərə alaraq davranacağam.

Əyanların əksəriyyəti gənc Şahdan belə qətiyyətli və yüksək sərkərdəlik nümayiş etdirən dərin mahiyyətli bir çıxış gözləmədiklərindən heyrətdən yerlərində donub qalmışdılar. Şah Abbas isə danışarkən sözləri diqqətlə seçir, anındaca özünə və dövlətə yaxın hesab etdiyi adamların üzlərinə baxır, onların razılığını, ona münasibətini və ümumiyyətlə sadalanan problemlərdən xəbərdar olub olmamasını əyanların üz cizgilərindən, mimikalarından anlamağa, çətin də olsa, onların xislətini dərk etməyə çalışırdı. Beləcə çıxışına davam edərək gələcək planlarından, dövlət və millətlə bağlı siyasi arzularından, ümumilikdə Səfəvilər imperiyasının gələcəyindən danışdı o vaxtların təcrübəsiz görünən, sonradan ağlı və qüdrətiylə bir cahan hökmdarına çevrilən Şah Abbas Səfəvi...

Bu müşavirədən sonra Qızılbaş hökmdarı belə bir nəticə çıxardı ki, dövləti gücləndirmək, ölkəni bəlalardan xilas etmək üçün hər şeydən öncə güclü yeni sistemli ordu yaradılmalı, hakimiyyətə, saraya və dövlətə qarşı hər hansı zəmində çıxarılan, özəlliklə xarici düşmənlərin dəstəyi ilə planlaşdırılan bütün qiyam xarakterli çıxışlar və üsyanlar dərhal yatırılmalı, qısa zamanda bütün imperiya ərazisində sabitlik bərqərar edilməlidir. Buna nail olmaq üçünsə hər sahədə islahatlar keçirilməli, xüsusilə ölkə iqtisadiyyatının inkişafına çalışılmalıdır. Hələ ta əvvəldən hər şeyi yaxşıca araşdırıb müşavirəyə hazırlanan Şah Abbas hər zaman ona və soyuna sadiq olacağına inandığı baş vəziri Hatəm Bəy Ordubadilə birlikdə islahatlar planı hazırlayaraq əyanlarla keçirdiyi bir çox önəmli toplantıdan sonra işlərin icrasına başlamaq haqqında sərəncam verdi.

Daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədiylə Şah Abbas düşündü ki, ilk öncə xarici düşmənləri sakitləşdirmək, bir müddət onların hücum istiqamətini ölkədən kənarlaşdırmaq lazımdır. Ona görə ilk olaraq Osmanlılarla danışıqlara başlanıldı. Və 1590-cı ildə tərəflər arasında İstanbulda sülh sazişi imzalandı. Səfəvilərin güzəştə meylli olduğunu görən rəqib olduqca ağır şərtlərlə öz istəyini bildirdi. Və bir müddət Azərbaycanın əksər şərq torpaqları və Səfəvilərin hakimiyyətində olan Gürcüstan ərazisi rəsmən Osmanlılara verildi (zatən faktiki olaraq o zamana qədər Osmanlılar o əraziləri işğal etmişdilər, işin rəsmiləşdirilməsi, yəni Səfəvi höküməti tərəfindən tanınması onları bir müddət sakitləşdirib olası “Səfəvi təhlükəsi” düşüncəsini yox etdi). Ardından sistemli şəkildə daxili islahatlara başlanıldı...

1593-cü ildə Şah Abbas Səfəvi ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirdi. Bu bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı. Beləliklə, Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı"...

1603-cü il. Sentyabr... Şah Abbasın qoşunları Təbrizə get-gedə yaxınlaşırdı. Təbrizin Osmanlı valisi əhalinin üsyan hazırlığında olduğunu və Şahın tezliklə Təbrizi geri almaq üçün gələcəyini təcili sürətdə məktubla İstanbula çatdırmışdı. Sultan belə bir qısa vaxtda Şahın, Qızılbaşların yenidən dirçələcəyinə inanmırdı. Çünki 13 əvvəl İstanbulda sülh bağlanarkən Səfəvi elçilərinin boynunun necə bükük olduğunu və savaşı bitirmək üçün hər şeyə razı olduqlarını bildirmələri Osmanlını yanıltmışdı. Bu ərəfədə Səfəvi təhlükəsinin bitmiş olduğunu zənn edən Osmanlılar bütün qüvvələri ilə yenə Avropaya doğru yönəlmişdilər. Di gəl ki, Anadolunun şərqində Dərvişlərin və Əxilərin çoxalması son zamanlar Sultana bir mesaj idi, amma... Qəzəbli Sultan dərhal Azərbaycandakı ordusuna və rəhbərliyə Şaha qarşı sərt addımlar atmağa əmr versə də, gəl gör ki, həmişəki kimi yenə Təbriz Osmanlıya təslim olmaq fikrində deyildi. Bu, keçən əsrin əvvəllərində Yavuz Sultan Səlimin və Sultan Süleyman Qanunin Təbrizi tutması zamanı da baş vermişdi. Ancaq deyəsən Osmanlılar Təbrizi hər hansı ərəb şəhəri ilə eyni sanırdılar ki, bir neçə döyüşlə tabe olacağını zənn edirdilər. Təbrizsə yüzillərin mərd, əyilməz, döyüşkən şəhəri olduğunu bir daha sübut etdi. Əli yalın əhali ölümün gözünə dik baxaraq Osmanlı əsgərlərini daş-qalaq etməyə, necə deyərlər, bacardıqları qədər şəhəri Şahın gəlişinə hazırlamağa başlamışdılar...

1621-ci ilin əvvəlləri... İsfahan. Şah sarayı... Taxtında düşüncəli tərzdə oturub yerə sərilən xəritədə qeyd edilənləri izləyən Şah Abbas Səfəvi bu zamana qədərki möhtəşəm tarixi xatırladıqca üzündə gah sevinc, gah qürur, gah da kədər cizgiləri yaranır və hətta bəzən gözlərinin dolduğunu da hiss edirdi. Xəyalı onu 18 il əvvələ Təbrizin Osmanlılardan geri alındığı məqama aparmışdı. İndi 50 yaşlı yetkin kişi olan Şah Abbas o vaxtlar hələ 32 yaşlı cavan bir sərkərdə idi...

1603-cü il. 14 sentyabr... On dörd günün içərisində bu gənc sərkərdə Osmanlıların gözləmədiyi bir vaxtda öz qoşununu İsfahandan Təbrizə doğru yeritdi. Yol boyunca Əmirgünə Xan Ağcaqoyunlu-Qacar və Zülfüqar Xan Qaramanlının qoşunları da ona qoşuldu. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi artıq üsyanı o həddə çatdırmışdı ki, Osmanlı yeniçəriləri müəyyən bir çərçivənin içində az qala mühasirədə qalmışdılar. Və bu da bir ay sonra Şah Abbasın əsas qalanı tutmasına şərait yaratdı. Qızılbaşlar Osmanlı qoşunlarını Təbrizin qərbinə qovdular. Ardından Şah Abbas öz ordusunu Araz çayına doğru yönəltdi...

1622-ci ilin qışı... Hörmüz limanı. Kəngər körfəzi... Portuqallar Şahın gəlişini gözləmədikləri üçün istədikləri kimi burada “at oynadırdılar”. Ancaq nə qismətsə, eynən Təbrizin alındığı zamanki şərait artıq bura üçün də yetişmişdi. Məvaciblərini vaxtında almayan, olduqca acınacaqlı, qeyri insani şəraitdə yaşayan fəqir işçilər öz ağalarına üsyan etdilər. Üsyan o yerə gəlib çatdı ki, körfəzdəki əsas Portuqaliya qoşunu diqqətini düşmən İspaniya və İngiltərə donanmasına doğru deyil, məhz daxili iğtişaşı yatırmağa ayırdı. Elə bu zaman qurudan, uzaqlıqda vahiməli bir qaraltı göründü. Onun nə olmasını düşünmək isə onunla qarşılaşacaq dərəcədə tükürpərdici idi. Bəli. Gələn Şah Abbas Səfəvi və onun qəhrəman Qızılbaş ordusu idi...


BİRİNCİ HİSSƏNİN SONU...

ARDI GƏLƏN YAYIMDA...

Şanlı tariximizdən təsirlənərək yazdı: ELŞƏN İSMAYIL





Geri dön