Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Qu gölü” baleti nümayiş etdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Qu gölü” baleti nümayiş etdiriləcək

Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Qu gölü” baleti nümayiş etdiriləcək


Sentyabrın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Teatrın saytı xəbər verir ki, Əməkdar artist Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Geri dön