Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban bayramı ilə əlaqədar Qazaxda heyvan kəsimi məntəqəsi yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Qurban bayramı ilə əlaqədar Qazaxda heyvan kəsimi məntəqəsi yaradılıb

Qurban bayramı ilə əlaqədar Qazaxda heyvan kəsimi məntəqəsi yaradılıb


Qurban bayramı ilə əlaqədar Qazaxda əhalinin öz qurbanlarını rahat şəkildə kəsmələri üçün rayonda heyvan kəsimi məntəqəsi yaradılıb.

Rayon icra hakimiyyəti bildirilib ki, bu məqsədlə Qazax rayon bələdiyyəsi tərəfindən lazımi tədbirlər həyata keçirilib.

Məlumat verilib ki, Qazax şəhərində Əliağa Şıxlinski küçəsində yerləşən Təzə Bazarda xüsusi heyvan kəsimi məntəqəsi təşkil olunub. Bütün baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən hər cür şərait yaradılıb.

Avqustun 22-23-də keçiriləcək Qurban bayramı günlərində rayon əhalisinə məhz, həmin kəsim məntəqəsinin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Geri dön