Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Laçınlı məzunlar qəbul imtahanlarında son 26 ilin ən yüksək nəticəsini əldə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Laçınlı məzunlar qəbul imtahanlarında son 26 ilin ən yüksək nəticəsini əldə ediblər

Laçınlı məzunlar qəbul imtahanlarında son 26 ilin ən yüksək nəticəsini əldə ediblər


Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Laçın Rayon Təhsil Şöbəsindən bildiriblər ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 939 məzundan 474-ü tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 97-si 500-dən, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu, rayon üzrə son 26 il ərzində ən yüksək göstəricidir.

Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni Bozlu, Mişni kənd və 28 nömrəli tam orta məktəblərin məzunları göstərib. Belə ki, Bozlu kənd tam orta məktəbi bitirən 12 şagirdin, Mişni kənd tam orta məktəbi bitirən 6 şagirdin hamısı, 28 nömrəli tam orta məktəbdən isə 18 nəfər ali məktəblərə qəbul olub.

37 nömrəli tam orta məktəbin məzunu Kərim Yusifzadə və 11 nömrəli tam orta məktəbin məzunu Fərid Vəlizadə imtahanlarda 672 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.

Geri dön