Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclər üçün layihələrin idarə olunmasına dair təlimlər keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gənclər üçün layihələrin idarə olunmasına dair təlimlər keçirilib

Gənclər üçün layihələrin idarə olunmasına dair təlimlər keçirilib


“MitOst” Assosiasiyasının maliyyə dəstəyi və təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə İsmayıllı rayonunda gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində təlimlər keçirilib.

Təlimlər layihələrin idarə olunması mövzusuna həsr edilib.

Təlimlər zamanı gənclər layihələrin yazılması, vaxtın idarə olunması, maraq qruplarının seçilməsi, büdcə hazırlığı, maliyyət vəsaitlərinin tapılması, komanda işi və s. sahələr üzrə interaktiv üsullardan istifadə etməklə müxtəlif simulyasiyaları, qrup tapşırıqlarını yerinə yetiriblər.

“İnkişaf zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadənin təşviqidir.

Azərbaycanın müxtəlif bölgələrindən olan 18-28 yaşlı 25 iştirakçı incəsənətin müxtəlif vasitələrindən istifadə etməklə yaşadıqları bölgə üçün yeni təşəbbüslər hazırlayıb.

Geri dön