Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək

Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək


Oktyabrın 24-də “Art Tower” rəsm qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.

Sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir. Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Festival Gənclər Şəbəkəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mədəniyyət Nazirliyinin və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Geri dön