Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin və ABŞ arasında ticarət mübahisələri bərabər səviyyəli danışıqlarla həll oluna bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Çin və ABŞ arasında ticarət mübahisələri bərabər səviyyəli danışıqlarla həll oluna bilər

Çin və ABŞ arasında ticarət mübahisələri bərabər səviyyəli danışıqlarla həll oluna bilər


Çin və ABŞ arasında ticarət mübahisələri bərabər səviyyəli danışıqlar vasitəsilə həll oluna bilər.

Bunu Çin Kommersiya Nazirliyinin rəsmisi Qao Fen bəyan edib.

Çin rəsmisi bildirib ki, iki tərəf müvafiq məsələ ilə bağlı danışıqların növbəti mərhələsi üzərində çalışır.

Çin iqtisadiyyatının xaric üçün daha açıq olmasından ötrü islahatların davam etdiriləcəyini bildirən Qao Fen bunu ABŞ-ın təzyiqləri ilə deyil, hökumətin öz istəyi ilə olacağını vurğulayıb.

Qeyd edək ki, Tramp administrasiyasının Çin mallarına əlavə tariflər tətbiqinə cavab olaraq Çinin də ABŞ-dan idxal edilən mallara əlavə tariflər tətbiq etməsi ilə iki ölkə arasında ticarət “müharibə”si başlayıb.

Şahin Cəfərov

Geri dön