Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağ evin sözçüsü Cey Karney:İranın Suriya böhranının həlli istiqamətindəki danışıqlara qatılması təklifini rədd edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ağ evin sözçüsü Cey Karney:İranın Suriya böhranının həlli istiqamətindəki danışıqlara qatılması təklifini rədd edib

Ağ evin sözçüsü Cey Karney:İranın Suriya böhranının həlli istiqamətindəki danışıqlara qatılması təklifini rədd edib


İyulun 10-da Ağ evin sözçüsü Cey Karney jurnalistlərə açıqlamasında İranın Suriya böhranının həlli istiqamətindəki danışıqlara qatılması təklifini rədd edib.

Həmin gün İranda səfərdə olan BMT baş katibinin xüsusi nümayəndəsi Koffi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada Suriyadakı böhranın həlli üçün danışıqlara İranın da qatılmasının vacibliyindən danışmışdı: “Hesab edirəm ki, İran Suriya böhranının həllində müsbət rol oynaya bilər. Məhz buna görə də bu ölkə Suriyadakı böhranın həlli istiqamətində aparılan cəhdlərin bir hissəsi sayılmalıdır”.
Cey Karney deyib: “ABŞ İranın Suriya böhranında müsbət rol oynaya biləcəyinə inanmır. Güman etmirəm ki, Suriya böhranının həllində İranın müsbət rolu haqda kiminsə irəli sürdüyü fikri ciddi olsun”.

Geri dön