Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Simurq quşu” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Simurq quşu” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək

“Simurq quşu” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək


Sentyabrın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində “Simurq quşu” adlı klassik və müasir xoreoqrafiya gecəsi keçiriləcək.

Teatrın saytı xəbər verir ki, tədbirin ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də onun redaktəsində və quruluşunda təqdim olunacaq.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Geri dön