Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mahabadın kürd millət vəkili “Göy təpə”nin adının dəyişdirilməsini yenidən tələb edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mahabadın kürd millət vəkili “Göy təpə”nin adının dəyişdirilməsini yenidən tələb edib

Mahabadın kürd millət vəkili “Göy təpə”nin adının dəyişdirilməsini yenidən tələb edib


Mahabadın (Soyuq bulaq) sözdə islahatçı millət vəkili Calal Mahmudzadə Azərbaycanın əzəli ərazisi olan “Göy təpə”nin adının dəyişdirilməsi istiqamətində cəhdlərini davam etdirir.

C.Mahmudzadə bu haqda sentyabrın 3-də ölkənin “İnzibati Ərazi Bölgüsü”nün rəisinə məktub yazaraq “Göy təpə”nin türkcə adının dəyişdirilməsini istəyib.

“İnzibati Ərazi Bölgüsü”nün rəisi isə məktuba cavab olaraq bu zəmində işçi qrupunun yaradılmasından bəhs edib. Kürd millət vəkilinin bu istiqamətdə cəhdlərini də nəzərə aldıqda şəhərin adının təhrif edilərək dəyişdirilməsinə şahid ola bilərik.

C.Mahmudzadə ikinci dəfədir ki, “Göy təpə”nin adının dəyişdirilməsinə cəhd göstərir. O 2017-ci il sentyabrın 1-də “İnzibati Ərazi Bölgüsü”nün rəisinə məktub ünvanlayaraq “Göy təpə”nin türkcə adının kürd və ya fars dilinə dəyişdirilməsini istəmişdir.

Adından bilindiyi kimi, “Göy təpə” Azərbaycanın qədim bölgələrindən biridir. Mahabad məntəqəsində yerləşən “Göy təpə”, əhalisi artaraq son illərdə şəhərə çevrilib. Məqsədyönlü şəkildə bölgəyə köçən kürd ailələri türk bölgəsi olan “Göy təpə”nin demoqrafik tərkibini dəyişib.

İranda Azərbaycan şəhərlərinin adları dəyişdirilərək farsca adlandırılması prosesi yeni deyil. Hətta C.Mahmudzadənin millət vəkili olduğu şəhərin adı “Soyuq bulaq” olub və Pəhləvi rejimi tərəfindən dəyişdirilərək Mahabad adlandırılıb. Bu proses İslam Cümhuriyyəti dövründə də olduğu kimi davam edib. PKK və “Pejak” kimi kürd terror qruplaşmalarının bu istiqamətdə fəallaşması isə azərbaycanlılar üçün əlavə ciddi xəbərdarlıq siqnalı hesab olunur.

Geri dön