Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO

Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO


Ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə başladılan kampaniya davam etdirilir.

Gənclər güneyli müğənni Əlirza Şərifzadənin ”Səni deyirlər” mahnısının sədaları altında rəqs edirlər. Gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, eyni zamanda İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edirlər. Qısa zamanda sosial şəbəkədə papulyarlıq qazanan kampaniyaya minlərlə insan qoşulub. Onlar müxtəlif yerlərdə, avtomobil yolunda, evdə “Səni deyirlər” mahnısınının sədaları ilə milli rəqs edib sosial şəbəkədə paylaşırlar.

Kampaniyaya qoşulan gənclər güney azərbaycanlılarla məhdudlaşmır, onların arasında türkiyəli və quzey azərbaycanlı gənclərə də rast gəlinir.






Geri dön