Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban Qurbanov: Oyunun nizam-intizamından razı qaldım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Qurban Qurbanov: Oyunun nizam-intizamından razı qaldım

Qurban Qurbanov: Oyunun nizam-intizamından razı qaldım


Ağır oyun oldu. Əslində, bunu gözləyirdik. Rəqibin fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları vardı. Birinci hissə çətin oldu. Hər iki komandanın ehtiyatlı oynadığı hiss olunurdu. Ancaq ikinci hissə fərqli keçdi və futbolçularımız daha məsuliyyətli idilər. Oyunun nizam-intizamından razı qaldım.

Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının birinci turunda Kosovo milisinə qarşı keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi, həmçinin komandanın daxilindəki müəyyən problemlərdən də danışaraq dedi: “Heyətlə bağlı səhv etdiyimi düşünmürəm. Hazır olan futbolçulara şans verdim. Bəzi problemlər var ki, onları aradan qaldırmalıyıq. Xüsusilə də futbolçular oyun təcrübəsini artırmalı, daha yaxşı çempionatlarda çıxış etməlidirlər. Üç gündən sonra bizi səfərdə növbəti oyun gözləyir. Həmin qarşılaşmaya hazır olmaq üçün maksimum çalışmalıyıq”.

Geri dön