Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan Apelyasiya Məhkəməsi “İşgəncə Qurbanlarına Dəstək Günü”ndə saxlanılan fəallar haqda hökm çıxarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan Apelyasiya Məhkəməsi “İşgəncə Qurbanlarına Dəstək Günü”ndə saxlanılan fəallar haqda hökm çıxarıb

Qərbi Azərbaycan Apelyasiya Məhkəməsi “İşgəncə Qurbanlarına Dəstək Günü”ndə saxlanılan fəallar haqda hökm çıxarıb


Qərbi Azərbaycan Apelyasiya Məhkəməsi “İşgəncə Qurbanlarına Dəstək Günü”ndə saxlanılan fəalların həbs hökmünü cərimə hökmü ilə dəyişib.

Qərbi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Meysəm Azadi, Murtaza Zərrin, Vəhid Nəsibi, Qulaməli Hüseynquluzadə və Vəhid Faizpur haqda çıxarılan 8 aylıq həbs cəzasını 24 milyon rial cərimə ilə əvəzləyib.

Urmiyə Cəza Məhkəməsinin 102-ci Şöbəsinin rəisi Cavid Çöhrəqani azərbaycanlı milli-mədəni fəalları “qarşıdurma ilə nəticələnən hadisədə Ettelaat əməkdaşlarına tabe olmamaq”da günahlandıraraq hər birini 8 ay həbs cəzasına məhkum etmişdir.
Fəallar yeni saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq”da da ittiham olunub, lakin bu ittiham sonralar aradan qaldırılıb.

2013-cü il iyunun 27-də 36 nəfər azərbaycanlı fəal “26 iyun - İşgəncə Qurbanlarına Dəstək Günü” münasibəti ilə keçirilən mərasimə qatılmaq üçün Səhənd dağına yola düşüb, onlar Urmu gölü körpüsündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Çox sayda fəalın iştirak etdiyi mərasimdə işgəncəyə qurban gedən mərhum Prof. Zehtabinin əziz xatirəsi də xüsusi olaraq anılmışdır.

Tutulan fəallardan 30-u bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb. Lakin Süməyyə Əlidusti, Vəhid Faizpur, Qulam Əlizadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtaza Zərrin 6 gün saxlandıqdan sonra zəmanətə buraxılmışdır.

Təhlükəsizlik qüvvələri fəalları yaxalarkən onlara hücum edib, bir neçə nəfərə xəsarət yetirmişdir.

1997-ci ildən başlayaraq, 26 iyun Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü kimi qeyd edilir. BMT Baş Assambleyası bu günü işgəncələrin kökünün kəsilməsi və İşgəncələr, qeyri-insani davranış və cəzalar əleyhinə Konvensiyanın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə elan edib.

Geri dön