Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşginşəhrli soydaşımızın bədən üzvləri 8 nəfərin həyatını qurtarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Meşginşəhrli soydaşımızın bədən üzvləri 8 nəfərin həyatını qurtarıb

Meşginşəhrli soydaşımızın bədən üzvləri 8 nəfərin həyatını qurtarıb


Azərbaycan diyarında hər gün ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir.

Meşginşəhrin Vəliəsr Xəstəxanasının rəisi Dr. Rza Pakdel 48 yaşlı meşginşəhrli kişinin bədən üzvləri ilə 8 xəstənin yenidən həyata qaytarıldığını deyib.

O bu barədə cümə günü “İrna” xəbər agentliyinin müxbirinə danışıb.

“Ötən günlərdə motosikletlə qəza keçirilən mərhum Əsğər Dusti beyin ölümünə düçar olmuşdur, o bu vəziyyətdə Tehrana intiqal edildi. Mərhumun bədən orqanları ehtiyacı olan xəstələrə bağışlandı”- deyə o bildirib.

Dr. Rza Pakdel qeyd edib ki, “ötən illərdə bölgədə bədən üzvlərinin bağışlanması mədəniyyəti ilə bağlı çox yaxşı işlər görülüb, Meşginşəhr bu sahədə Ərdəbil Əyaləti üzrə birinci yerdədir.”

“Bu günə qədər Transplant Orqanlarının Tədarükü Mərkəzində təxminən 2000 nəfərin müraciəti qeydə alınıb. Onlar zərurət yarandıqda bədən orqanlarını bağışlamağa hazır olduqlarını bildiriblər. Meşginşəhrdə bu günədək bədən üzvünün bağışlanması faktı 17 dəfə qeydə alınıb”- deyə xəstəxana rəisi bildirib.

Geri dön