Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan yığması Norveçə uduzub
Azərbaycan yığması Norveçə uduzub |
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas millinin baş məşqçisi Qurban Qurbanovun da canlı izlədiyi qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən dərhal sonra rəqib ardıcıl 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Birk Risa, 50-ci dəqiqədə Morten Torsbi Kamran İbrahimovun qoruduğu qapıya yol tapıb. 56-cı dəqiqədə Barış Ekincier fərqi azaltsa da, Torsbi 76-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolu ilə yekun nəticəni müəyyənləşdirib. Beləliklə, Azərbaycan millisi 5-ci qrupdakı 9-cu oyunundan sonra 2 xalla sonuncu pillədə qalıb. Komanda bu nəticə ilə növbəti mərhələyə yüksəlmək şansını itirib. Norveç yığması isə 8 oyundan sonra 14 xal toplayıb. Azərbaycan yığması sonuncu - onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək. 11 sentyabr Avropa çempionatı, seçmə mərhələ 20:00. Azərbaycan - Norveç - 1:3 Barış Ekincier, 56 - Birk Risa, 48. Morten Torsbi, 50: 76 Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (San Marino) "Dalğa Arena" Geri dön |