Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neftin qiyməti artmaqda davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir


Etalon markalı neftin dünya qiymətləri bazardakı vəziyyətə təsir edən bir neçə amil səbəbindən fəal şəkildə artmaqda davam edir.
Bu barədə çərşənbə günü keçirilən onlayn hərracların nəticələri deməyə əsas verir.
Londonnun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 08:00-a olan vəziyyətə görə, bir barel üçün 79,39 dollar təşkil edib.
Öz növbəsində Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 69,85 dollara bərabər olub.
Analitiklər qeyd edir ki, neftin qiymətləri Liviyada neft hasilatı üçün risklər, İrandan tədarüklərin kəskin azalması ilə bağlı uzunmüddətli narahatlıqlar, həmçinin ABŞ sahillərinə yaxınlaşmaqda olan "Florens" qasırğasının güclənməsi ilə bağlı xəbərlər səbəbindən qalxır.

Geri dön