Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İyulun 17-dək Azərbaycanda yenidən hava sərin olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > İyulun 17-dək Azərbaycanda yenidən hava sərin olacaq

İyulun 17-dək Azərbaycanda yenidən hava sərin olacaq


İyulun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq ayın 17-dək Azərbaycanda hava şəraiti yenidən sərinləşəcək, qeyri-sabit hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə günü deyib ki, bu müddət ərzində şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu 5-7 dərəcə enəcək. Şimal-qərb küləyi ayrı-ayrı günlərdə arabir güclənəcək. İyulun 15-16-da 24-29 dərəcə isti olacaq. Aran rayonlarında iyulun 15-16-da 25-30, dağlarda isə 13-18 dərəcə isti olacaq.

İyulun 14-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun 30-35 dərəcə isti təşkil edəcəyi, lakin 15-də hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun 5-7 dərəcə aşağı enəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru havanın tutqun olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında sabah gündüz əsasən yağmursuz keçəcək, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36° isti, dağlarda gecə 10-15, gündüz 21-26° isti olacağı gözlənilir.

Geri dön