Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqları sevindirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqları sevindirib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqları sevindirib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilk dəfə məktəbə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edib.

BŞGİBİ-dən bildiriblər ki, Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Baş İdarənin inzibati binasında 2018-2019-cu tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək ilk dəfə məktəbə gedəcək uşaqları qarşıdan gələn Bilik günü münasibətilə təbrik edərək, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.

Sonra paytaxtın 11 inzibati rayonunu təmsil edən ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilib.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə ediblər.

Geri dön