Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Efiopiya və Eritreya sülh haqqında tarixi saziş imzaladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Efiopiya və Eritreya sülh haqqında tarixi saziş imzaladı

Efiopiya və Eritreya sülh haqqında tarixi saziş imzaladı


Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib. Bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq.

Sülh haqqında sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.

Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.

Asya Hacızadə

Geri dön