Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici işlər naziri Çində işgüzar səfərdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanın xarici işlər naziri Çində işgüzar səfərdədir

Azərbaycanın xarici işlər naziri Çində işgüzar səfərdədir


Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun sentyabrın 18-20-də Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-nin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov "Avrasiyada inklüziv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklüziv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər və təcrübə barədə danışacaq.

Səfər əsnasında, həmçinin Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Geri dön