Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Baş katib Rəşid Alimov, öz növbəsində, müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Əlaqələndirmə Şurasının cari ilin avqustunda keçirilmiş iclası zamanı müzakirə edildiyini söyləyib. O, bu məsələyə ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağını deyib.

Görüşdə tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Geri dön