Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi

İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi


Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib. Türkiyə mediası xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.
Etimad İsmayılov Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

Başından və ürəyindən güllə yarası alan E.İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır. Cütlüyün bir övladı da var.

Allah rəhmət eləsin!

Geri dön