Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək


Sentyabrın 20-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 47-ci iclası keçiriləcək.

İclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr başlayacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Sentyabrın 21-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.



Emil Hüseynli

Geri dön