Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya: Urmu gölünün canlandırılmasına yardım etməyə hazırıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yaponiya: Urmu gölünün canlandırılmasına yardım etməyə hazırıq

Yaponiya: Urmu gölünün canlandırılmasına yardım etməyə hazırıq


Yaponiyanın “Cayka” Təşkilatının Tehrandakı nümayəndəsi təmsil etdiyi təşkilatın Urmu gölünün canlandırılmasına yardım etməyə hazır olduğunu bildirib.

Yaki Haru Kubayaşi sentyabrın 18-də Urmu Gölünü Canlandırma Mərkəzinin məsulları və digər İran rəsmiləri ilə keçirilən iclasda Urmu gölü böhranı ətrafında danışaraq önəmli məsələlərə toxunub.

“Çalışırıq ki, hidroloji sistemi və işlərdə əməkdaşlıq yollarını müzakirə etdikdən sonra gölün bərpası üçün lazımi dəstəyi verək. Artıq işlər “Decision Support System” üzrə həyata keçirilir. Bu sistemdə su dövriyyəsi ilə yanaşı, aparılan işlərin ictimai və iqtisadi yönləri də araşdırılır”- deyə o bildirib.

Kubayaşi həmçinin qeyd edib ki, Urmu Gölünü Canlandırma Mərkəzi 'DSS'-nin bir hissəsi olaraq bundan əvvəkli tədqiqatlardan istifadə edib və “Cayka”dan bu modelin dəqiqliyini artırmaq üçün yardım istəyib.

“Bu tədqiqatda gölün cənub, qərb və şərq sahələri üçün hidroloji model təkmilləşdirilib, sonra hamısı vahid modeldə birləşdiriləcək”- deyə “Cayka” Təşkilatının Tehrandakı nümayəndəsi sözlərinin sonunda əlavə edib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (“Cayka”) bir dövlət qurumudur. Bu təşkilatın əsas fəaliyyət istiqaməti inkişaf etməkdə olan ölkələrə istimai və iqtisadi sahələrə yardım etməkdir. “Cayka” 3 ildir ki, Urmu Gölünü Canlandırma Mərkəzi ilə əməkdaşlıq edir.
Yaponiya bu günədək Urmu gölünün canlandırılmasına 4 milyon dollar maliyyə yardımı edib.

Geri dön