Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qoşaçayda intihar halları iki dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qoşaçayda intihar halları iki dəfə artıb

Qoşaçayda intihar halları iki dəfə artıb


Son zamanlar Güney Azərbaycanın şəhər və kəndlərində intihar hallarının artdığına dair bir çox xəbər yayılır.

Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Qoşaçay şəhərində intihar hallarının iki dəfə artdığı bildirilir.

Bu barədə Qoşaçay Şəhər İcra Hakimiyyətinin başçısı Nasir Əmiri gənclərin problemləri ilə bağlı keçirilən iclasda danışıb. O bildirib ki, “Qoşaçayda intihar halları cari ilin birinci 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.”

Gənclərin yaşadığı sıxıntılardan danışan İcra Hakimiyyəti başçısı sözlərinin davamında işsizlik məsələsinə toxunub. O qeyd edib ki, “gənclərin ciddi işsizlik problemi var. Bizin bundan xəbərimiz var, bu məsələ çox dərindən araşdırılmalıdır.”

Ötən ay Xuzistan Əyalətinin Təcili Tibbi Yardım Xidmətinin rəisi Rza Rəfii də təmsil etdiyi əyalətdə son vaxtlar intihar hallarının artdığını, həftədə 5, 6 intihar faktının qeydə alındığını bildirmişdir.

Güney Azərbaycanda intihar hallarının getdikcə artması və ölkə rəhbərliyinin bu məsələyə laqeyd münasibəti əksər ailələrin nigaranlığına səbəb olub. İntihar, narkomaniya, depressiya, müxtəlif cinayətlər və boşanma hallarının artması şübhəsiz ki, ölkədə hökm sürən ağır iqtisadi vəziyyətlə bağlıdır, hazırda bu vəziyyətin yaxşılaşacağına dair hər hansı müsbət əlamət görünmür.

Geri dön