Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə bir məktəb təhləküsizlik məsələləri ilə əlaqədar ləğv edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə bir məktəb təhləküsizlik məsələləri ilə əlaqədar ləğv edildi

Təbrizdə bir məktəb təhləküsizlik məsələləri ilə əlaqədar ləğv edildi


Təbriz Məhkəməsi Ettelaat İdarəsinin diktəsi ilə “Ehsan” qeyri-intifai (qeyri-kommersiya) məktəbinin ləğv olunması barədə qərar çıxarıb.

Təhlükəsizlik məsələləri ilə əlaqədar fəaliyyəti dayandırılan məktəbdə oğlan şagirdləri təhsil alırmış.

Bu barədə Şərqi Azərbaycan Təhsil Şöbəsinin rəisi Cəfər Paşayi “İsna” xəbər agentliyinə danışıb.
“Təbrizin 4-cü məntəqəsində yerləşən “Ehsan” məktəbi məhkəmə tərəfindən ləğv edilib. Son 3 il ərzində bu məktəbin dosyelərinə təhlükəsizlik orqanlarında baxılırdı. Nəhayət ki, məktəbin fəaliyyəti məhkəmə hökmü ilə dayandırıldı”- deyə o bildirib.

Təhsil Şöbəsinin rəisi Ehsan məktəbində təhsil alan şagirdlərin digər məktəblərə köçürüləcəyi ilə bağlı qeyd edib ki, “məktəb ləğv edildikdən sonra şagirdlər təhsillərini davam etdirmək üçün Təhsil Nazirliyinin nəzarətində olan digər məktəblərə müraciət ediblər. Bu məqsədlə 5-ci məntəqənin bütün məktəblərində şagird qəbul etməyə hazırlıq işləri gedib. Artıq şagirdlərin əksəriyyəti yeni məktəblərdə qeydiyyata alınıb.”

Cəfər Paşayi Ettelaat İdarəsinin qəzəbinə tuş gəlməsin deyə məktəbin ləğv edilməsinə dair çıxarılan məhkəmə qərarı ilə bağlı geniş məlumat verməyib. O bildirib ki, “bu məsələnin təfərrüatı ilə bağlı danışmağı məsləhət görmürük.”

İstənilən halda, məktəbin Ettelaat İdarəsinin diktəsi ilə bağlanması təsadüfi ola bilməz. Çox sayda müəllim və ya şagirdin Azərbaycan Milli Hərəkatını təbliğ etməsi, məktəbin bağlanmasına səbəb olan ehtimallardan biridir.

Geri dön