Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində


Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır.

Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Birpərdəli baletin truppa rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.

İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.

Geri dön