Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda milli azlıqların ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda milli azlıqların ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq

Gürcüstanda milli azlıqların ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq


“Gürcüstanda milli azlıqlardan olan gənclərin ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq”.
Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze jurnalistlərə bildirib.
O deyib ki, etnik azlıqların ali təhsili və gürcü dilinin tədrisi ilə bağlı həyata keçirilən proqram və layihələrdə müəyyən çatışmazlıqlar mövcuddur:
“Nazirliyin hazırlayacağı yeni proqrama əsasən, ali təhsilini başa vuran milli azlıq nümayəndələrinin təmsil etdikləri bölgələrdə yerləşən məktəblərə müəllim və ya direktor kimi təyin olunması nəzərdə tutulub”.
İ.Abuladze qeyd edib ki, Gürcüstanda təhsil sistemində həyata keçiriləcək islahatlarda milli azlıqların təhsilinin keyfiyyətinin artırılması əsas prioritet məsələlərdən biri olacaq.

Geri dön