Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”la bağlı daha bir ŞOK: Antoni Stoks da Təbrizi tərk edə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”la bağlı daha bir ŞOK: Antoni Stoks da Təbrizi tərk edə bilər

“Traxtur”la bağlı daha bir ŞOK: Antoni Stoks da Təbrizi tərk edə bilər


Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi Con Toşak Təbrizi tərk etdikdən sonra komandanın ulduz oyunçusu Antoni Stoks da “Traxtur”dan ayrıla bilər.

Bu şayiənin baş məşçinin Təbrizi tərk etdikdən sonra yayılması, “Traxtur” komandası və onun tərəfdarları arasında şok təsir yaradıb.

Mətbuatda yayılan məlumatda bildirilir ki, şayiə Antoni Stoksun komandanın məşqlərinə qatılmaması ilə güclənib, lakin o təlim-məşq toplanışına qatıldıqdan sonra müvəqqəti olaraq şayiələrə son qoyulub. Bundan sonra oyunçunun Təbrizi tərk etməklə bağlı heç bir planı olmadığı barədə rəsmi açıqlama yayılıb.

Buna baxmayaraq, sentyabrın 20-də xarici oyunçu ilə bağlı şayiələr yenidən gündəmə gəlib. Bildirilir ki, Antoni Stoks vəziyyətini müəyyənləşdirmək üçün klubun icraçı direktoru Dr. Əsədi ilə görüş tələb edib. Futbolçu, Con Toşak “Traxtur”da olmadığı üçün komandadakı gələcək fəaliyyətindən nigarandır.

Xatırladaq ki, Uelsli mütəxəssis Con Toşak, İran kuboku çərçivəsində keçirilən “Traxtur”-“Sənət Neft” görüşündə çalışdırdığı komanda məğlub olduqdan sonra Təbrizi tərk edib. “Traxtur” klubu bu barədə bəyanat yayaraq bildirib ki, Con Toşak “Traxtur”un çempion olması ilə bağlı vəd vermişdir. Lakin Futbol Federasiyası və Liqa Təşkilatının bu klubla düzgün əməkdaşlıq etməməsi bir çox problemə yol açdı. Baş məşqçi qarşısına çıxan maneələrlə verdiyi vədin uyğun gəlmədiyini görüncə tutduğu vəzifədən istefa edib.”

N.S

Geri dön