Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT PA-nın payız sessiyası Albaniyada keçiriləcəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ATƏT PA-nın payız sessiyası Albaniyada keçiriləcəkdir

ATƏT PA-nın payız sessiyası Albaniyada keçiriləcəkdir


ATƏT Parlament Assambleyasının (ATƏT PA) 2012-ci il payız sessiyası Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcəkdir.
Bu sözləri Azərbaycanın ATƏT-nin Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir.
B.Muradova bildirimişdir ki, ATƏT PA-nın qarşıdan gələn 2013-cü il qış sessiyası isə ənənəvi olduğu kimi, fevral ayının sonlarında Avstriyanın paytaxtı Vyana şəhərində reallaşdırılacaqdır. ATƏT PA-nın 2013-cü il yay sessiyasına gəlincə, bu sessiya qardaş Türkiyənin İstanbul şəhərində keçiriləcəkdir.
Milli Məclis sədrinin müavini vurğulamışdır ki, Azərbaycan nümayəndə heyəti də tam tərkibdə həmin sessiyada, o cümlədən digər sessiyalarda iştirak edəcək, müzakirə olunan məsələlər barəsində fikir və təkliflərini səsləndirəcəkdir. Bütün bu sessiyalarda yenə də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması məsələsini qaldıracaq, torpaqlarımızın azad edilməsi üçün tədbirlər görülməsini tələb edəcəyik.

Geri dön