Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyənin “Şəhrdari” voleybol komandası ləğv edilib, Təbrizin “Şəhrdari”si isə öz fəaliyyətini davam etdirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyənin “Şəhrdari” voleybol komandası ləğv edilib, Təbrizin “Şəhrdari”si isə öz fəaliyyətini davam etdirəcək

Urmiyənin “Şəhrdari” voleybol komandası ləğv edilib, Təbrizin “Şəhrdari”si isə öz fəaliyyətini davam etdirəcək


Xəbər verdiyimiz kimi, son vaxtlar hökumət rəsmiləri Azərbaycan idmanını zəiflətmək istiqamətində Təbriz və Urmiyə Bələdiyyə İdarələrinin saxladığı idman komandalarını ləğv etdirməyə çalışır.



Bələdiyyələrə aid klubların ləğv olunmasına səbəb kimi maliyyə sıxıntıları göstərilir, halbu ki, İranın fars bölgələrində belə bir problem yaşanmır.



Senyabrın 21-də yayılan məlumata görə, Daxili İşlər Nazirliyinin Bələdiyyə İşləri üzrə Təşkilatı, Bələdiyyələrin peşəkar idman komandaları saxlamasına qadağa qoyub. Bu səbəbdən Urmiyə şəhərinə İranın voleybol paytaxtı adı qazandıran “Şəhrdari” komandasının fəaliyyəti dayandırılıb, bu komanda artıq liqa oyunlarında iştirak etməyəcək.



“Bank vərziş” saytının yaydığı məlumata görə, “həmin qadağaya əsasən Təbrizin “Şəhrdari” komandası da Urmiyə komandasının taleyinə düçar ola bilərdi. Lakin bu komandanın məsulları fəaliyyətlərini davam etdirməyə qərar veriblər, komanda sentyabrın 22-dən məşqlərə başlayacaq.”



“Şəhrdari” komandaları ilə bağlı yayılan xəbərdə Təbriz komandasının hansı şərtlərlə fəaliyyətini davam etdirəcəyi barədə heç bir məlumat yayılmayıb.



Ötən ay Urmiyənin Şəhər Şurası “maliyyə sıxıntıları” bəhanəsini önə çəkərək bu şəhərin “Şəhrdari” komandasının ləğvi ilə bağlı qərar çıxarıb. Şuranın Azərbaycana qarşı yönələn qərarı azərbaycanlı milli-mədəni fəallar və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılanıb.

Şuranın qərarı bir neçə gün əvvəl Urmiyə Şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib. Bundan sonra qərar Urmiyə Şəhər Şurasının bəzi üzvləri, o cümlədən “Sepah” üyəsi olan üzvü Hüseyn Pənahinin israrı ilə “İxtilafları Həll edən Heyət”ə göndərilib.



Sentyabrın 8-də Şəhər Şurasının sözçüsü Məhəmməd Xəlilpur bələdiyyə işçilərinin əmək haqqı məsələsi və maliyyə sıxıntısını komandanın ləğv edilməsi üçün bəhanə olduğunu bildirib.



Azərbaycanlıların çox sevdiyi “Şəhrdari” voleybol komandası müxtəlif yarışlarda bir çox uğurlara imza atıb. Bu komandaya edilən təzyiqlər təkcə Urmiyə əhalisi deyil, bütün güney azərbaycanlıların narahatlığına səbəb olub.

Geri dön