Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyənin Təxri stadionunda “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirildi – VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyənin Təxri stadionunda “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirildi – VİDEO

Urmiyənin Təxri stadionunda “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirildi – VİDEO


Təhsil müəssisələrinin açılışı günündə Urmiyənin Təxti stadionunda ana dilində təhsil tələbi ilə şüar səsləndirilib.

Soydaşlarımız sentyabrın 23-ü Təbriz vaxtı ilə saat 16:15-də “Nəvəd Urmiyə” futbol komandasının “Oksin Əlborz”la keçirdiyi görüşdə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Şüar oyunun müxtəlif dəqiqələrində gur səslə dilə gətirilib.

Azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil tələbi ilə mübarizə aparır, bu istiqamətdə hər il təhsil müəssisaələrinin açılışı günü ərəfəsində müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, “Azadəqan” liqası çərçivəsində keçirilən görüş 0:0 bərabər hesabla başa çatıb.

Video:

Geri dön