Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan MN: Mövqelərimizə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Azərbaycan MN: Mövqelərimizə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq

Azərbaycan MN: Mövqelərimizə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq


Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.
"İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur", deyə bəyanatda vurğulanıb.
Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Geri dön