Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koreya da birləşmək yolunda, bəs biz?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Koreya da birləşmək yolunda, bəs biz?

Koreya da birləşmək yolunda, bəs biz?


Fərəc Quliyev: “Əminəm ki, bir gün Azərbaycan mütləq birləşəcək”

Oktyabrın 4-də Almaniyanın Bakıdakı səfirliyində almanların milli bayramı-Alman Birliyi Günü qeyd olunacaq. Almaniyanın vahid dövlətdə birləşdiyi 3 oktyabr günü ərəfəsində hər il Azərbaycanın taleyüklü milli məsələsi olan Bütöv Azərbaycan ideyası gündəmə gəlir.

Hazırda almanların 1990-cı illərə qədərki vəziyyətində olan Azərbaycanla yanaşı Koreya xalqı da var ki, uzun illərdir birləşmək uğrunda səylər göstərirlər, amma Cənubi və Şimali Koreya kimi dövlətlər birləşə bilmirlər. Lakin yaxın gələcəkdə bunun reallaşacağı ehtimalları artmaqdadır.

Doğrudur, Azərbaycanın durumu burada bir qədər fərqlidir. Belə ki, Şimali Azərbaycanda müstəqil dövlətimiz olsa da, cənub ərazilərimiz İran rejiminin əsarəti altında qalmaqdadır. Ümidlərimiz hər zaman olub ki, Bütöv Azərbaycan ideyası nə zamansa qalib gələcək. Hətta o qədər inam var ki, bəzi vaxtlarda cənub, yoxsa şimal ətrafında birləşməklə bağlı müzakirələr də gedir. Cənubi Azərbaycandakı soydaşlarımızın şimaldakılardan 4 dəfə çox olduğu nəzərə alınaraq, orada birləşməyin zəruri olduğunu düşünənlər çoxluq təşkil edirlər. Amma bunun əksini düşünərək, Quzey Azərbaycanda dövlətçilik ənənələrinin tam formalaşdığı, eyni zamanda Cənubi Azərbaycanda heç zaman digər ölkələr tərəfindən tanınan dövlətin mövcud olmadığı önə çəkilərək, hazırkı Azərbaycan Respublikası ətrafında birləşməyin vacibliyi vurğulanır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Bütöv Azərbaycan məsələsinin hər zaman aktual olduğunu söylədi: “Bir millətin arzusu, milli hədəfi onun milli ideyasıdır. Yəni bir ideyanı ortaya qoyursan, ola bilsin ki, o ideyanın həyata keçməsi üçün müxtəlif ideologiyalar olsun. Amma milli ideya dəyişməzdir. Bir millətin mütləq hədəfi olmalıdır. Əgər bir millət hədəfsiz olarsa, o millət yaşaya bilməz. Ümumiyyətlə, hədəfsiz millətlər nə etdiyini, hara getdiyini bilməz. Biz bölünmüş dövlətik və mütləq qarşımıza dövlətimizin bütövləşməsini qoymalıyıq. Zaman-zaman rəhmətlik Əbülfəz Elçibəy və digər liderlərimiz, hərəkat dostlarımız bu məsələyə toxunanda bizi günahlandırırdılar. Qoyulan ideyalar dərhal həyata keçirilən bir şeylər olmur. Ona zaman-zaman kərpic qoya-qoya çatırsan. Almanların ayrılıqları qısa çəkdi. Koreya bir dəfə çempionatların birində vahid komanda ilə çıxış etdi. Birləşmək arzusuna doğru bir addım atmışdılar. Belə dövlətlər daha çox Azərbaycan kimi ölkələrin taleyinə yaxından yanaşmağa başlayırlar, onun dərdini anlayırlar, millət və dövlət olaraq bunun nə olduğunu bilirlər. Almanların Azərbaycanda bu tipli görüşlərinin, tədbirlərinin keçirilməsi çox mühüm bir məsələdir. Almaniya dünyanın 4-cü iqtisadi gücüdür. Qısa zaman ərzində daşı daş üstündə olmayan dövlət dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib. İki hissəyə parçalanmaqla bu ədalətsizliyi onlar da yaşayıblar. Tam əminəm ki, bir gün Azərbaycan mütləq birləşəcək. Bir milləti ruhən bölərlərsə, onda milləti bölmək olar. Tikanlı məftillərlə milləti bölmək olmaz. Mən özüm sərhəd hərəkatının ideoloq və iştirakçılarından biri olmuşam. Orada görmüşəm ki, sərhəd dirəklərini qadınlar çadra altından benzin götürüb töküb yandırırdılar. Bu millətin istəyi, arzusu budur. O tayda belə dağlarda tonqallarla biz sizə dəstəyik mesajlarını verirdilər. Millət bütövlükdə coğrafi mənada arasında bir problem olursa olsun, onu bütövlükdə yaşaya bilirsə, istək aradan qalxmırsa, siz jurnalistlər və biz siyasilər bunu gündəmdə saxlaya biliriksə, demək, bu millət mütləq bir gün hədəfinə çatacaq. Haqq nazilər, amma üzülməz deyiblər. Biz millət olaraq bu hədəfi həyata keçirməkdə haqlı olduğumuz üçün Tanrı da bizimlədir. Əminəm ki, günün birində biz mütləq birləşəcəyik”.

Deputat Cənubi, yoxsa Şimali Azərbaycan ətrafında birləşməyə də toxundu: “Güney Azərbaycanda oranın taleyi ilə bağlı müxtəlif fikirlər var. Orada bir qisim İran dövləti üzərində azərbaycanlıların hegemon olmasını, Qacarlar dönəmindəki kimi bir vəziyyətin yaranmasını istəyirlər. Bir qisim adam orada İranın da bütövlüyünü istəyir. Azərbaycanın ayrı bir şəkildə müstəqil olmasını istəyənlər də var. Azərbaycanın ayrılıb Quzeyin birləşməsini deyənlər də az deyil. Ən doğru olanı Güney Azərbaycanın müstəqil olması və günün birində Quzey Azərbaycanla birləşməsini təmin etməkdir. O fikirlərlə razı deyiləm ki, orada dövlətlər olmayıb. Çünki bir əsrdə dörd dəfə orada inqilab olub və hər birinin də nəticəsi olub. 1979-cu il inqilabını azərbaycanlılar etmişdi. Təəssüflər olsun ki, son anda bizimkiləri farslar aldatdılar. Bir əsrdə bizlər həm Cənubda, həm də Şimali Azərbaycanda dövlətlər qurmuşuq. Biz tərəflər deyilik, bir dövlətik. Ona görə də kim kimin yanında olsun kimi fikirlər doğru deyil. Güney Azərbaycan müstəqilliyinə çatmalıdır və Quzey Azərbaycan da ona mənəvi dəstək olmalıdır. Sonradan birləşmə prosesi getməlidir. Necə ki, iki alman dövləti birləşmək haqqında danışıqlar aparmışdı. Bu günləri Cənubi və Şimali Koreya arasında gedən danışıqları da misal göstərmək olar. Şərtlər dəyişə bilər və bu şərtlərə uyğun taktiki gedişlər etmək mümkündür. Amma coğrafi mənada biz problemi bölməli deyilik. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı gedir, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur, bütövlükdə Azərbaycan milli azadlıq hərəkatı var. O, Quzeydə nəticələr verib, bizlər Güneydə nəticələr qazanmağa nail olmalıyıq”.

Cavanşir ABBASLI

Geri dön