Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlər Kabineti 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə müsbət rəy verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Nazirlər Kabineti 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə müsbət rəy verib

Nazirlər Kabineti 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə müsbət rəy verib


Nazirlər Kabinetinə təqdim olunan 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə müsbət rəy verilib.
Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Sənəddə qeyd olunub ki, Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Bu sənədlər və müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim ediləcək.

Geri dön