Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "ADEX sərgilərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var" MÖVQE-ÖZƏL
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "ADEX sərgilərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var" MÖVQE-ÖZƏL

"ADEX sərgilərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var" MÖVQE-ÖZƏL


“Azərbaycan əvvəllər beynəlxalq müdafiə sərgilərində alıcı kimi iştirak edir və arsenalımıza daha çox hansı silahların daxil olmasına baxırdıq. Bu gün ADEX kimi sərgilərin ölkəmizdə keçirilməsi və sərgidə Azərbaycanın istehsalı olan silahların nümayiş olunması çox sevindiricidir. Ölkəmiz artıq tək alıcı kimi deyil, həm də silah satıcı kimi özünü dünyaya təqdim edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev deyib.

Dünya ölkələrinin Azərbaycan tərəfindən istehsal olan silahlara maraq göstərdiyini deyən deputat ölkəmiz bu sahədə gəlir əldə etdiyini bildirib: “Bu, mühüm məsələdir. Dünyanın müxtəlif ölkələri öz silahlarını satmaq üçün bəzi ərazilərdə müharibələrin, münaqişələrin olmasının tərəfdarıdır. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə, münaqişə və müharibə olacağı təqdirdə digər dövlətlərdən silah almayacaq. Çünki, ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda, digər dövlətlər burada münaqişənin olmasını deyil, barış bölgəsi olmasını arzulayır.”.

F. Quliyev söyləyib ki, Azərbaycanın silah istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir: "Bundan başqa Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Bu, bizim iradəmizdən asılı olmayaraq baş verib. 20 faiz torpaqlarımız işğal olunub. Azərbaycan öz ordusunun silah-sursatının komplektləşdirmək üçün addım atmalı, silah təminatımızı təmin etməliyik. Alternativ olaraq özümüzün silah istehsal etməyimiz başqa ölkələrdən silah asılılığımızı da aradan qaldırmış olur. Bunun özü də çox əhəmiyyətli məsələdir”.

Deputat qeyd edib ki, silah-sursat satmaq, təkcə onu satmaqdan ibarət deyil: “Burada onun servisi, xidmətləri, quraşdırılması, texnik personal kimi məsələlər var ki, bu da yeni iş yerlərinin açılmasına imkan yaradıb. Bu baxımdan ADEX sərgilərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”.

Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu xatırlayan komitə üzvü vurğulayıb ki, ölkəmizin geniş iqtisadi potensiala, insan resursuna malik olması və eləcədə hərbi sənayesi sahəsində böyük nailiyyətlə əldə etməsi təbii ki, bölgədə maraqlı olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolu ilə həllinə səfərbər etməyə bir çağırışdır: “Etmədikləri təqdirdə, bütün beynəlxalq sənədlər, ölkəmizin öz torpaqlarını hərbi yolla azad etmək imkanı verir”.

Müəllif: Nailə Məhərrəmova

Geri dön