Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək

Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək


Sentyabrın 27-28-də Moldova parlamentində GUAM Parlament Assambleyasının 11-ci sessiyası keçiriləcək.

Sessiyada Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentinin nümayəndələri ilə yanaşı, Baltik Assambleyanın üzvləri də iştirak edəcəklər. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundov təmsil edəcəklər.

Sentyabrın 27-də GUAM PA-nın və Baltik Assambleyanın Rəyasət Heyətinin büro və komissiya iclasları keçiriləcək. Sentyabrın 28-də isə GUAM PA-nın sessiyasının rəsmi açılışı olacaq.

Rəsmi açılışda Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Azər Kərimli də çıxış edəcək. Sessiyanın sonunda sənəd qəbul ediləcək.



Emil Hüseynli

Geri dön