Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatıb

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatıb


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.

Heydər Əliyev Mərkəzində keçirilən festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edib.

Festival günlərində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçirilib.

2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.

Qeyd edək ki, görkəmli bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Bu gün də Üzeyir bəy ənənələri davam edir. Azərbaycan musiqisi dünyanın hər bir yerində səslənir. Musiqi Günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə gəlir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi yaradıcılığı qüdrətini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESCO tərəfindən qorunmaqdadır.

Geri dön