Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - 3 saatın sonundakı RAZILAŞMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - 3 saatın sonundakı RAZILAŞMA

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - 3 saatın sonundakı RAZILAŞMA


BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, görüşün yekunlarını şərh edən Elmar Məmmədyarov bildirib:

"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Geri dön