Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub


Sentyabrın 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub.

Çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.

On səkkiz yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Dörddəbir finalda Yaponiya millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşdə Niderland komandasını üstələyiblər – 4:2. Bürünc medal uğrunda görüşdə Rusiya millisinə 1:4 hesabı ilə məğlub olan cüdoçularımız çempionatı beşinci pillədə başa vurublar. Digər bürünc medalı isə birləşmiş Koreya komandası qazanıb.

Final görüşündə Yaponiya və Fransa milli komandaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən Yaponiya millisi qarışıq komanda yarışlarının qalibi olub.

Kuboku qalib komandaya Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa təqdim edib.

Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparıb. Mükafatçılar sırasında isə yalnız 22 ölkədən cüdoçular yer alıblar.

Geri dön